Gürcüstanda 250-ə yaxın azərbaycanlının təhsil aldığı universitet bağlanıb

 
9-03-2019, 23:20            49 dəfə baxılıb
 Tbilisidə fəaliyyət göstərən özəl Gürcüstan-Avropa Universitetinin akkreditasiyası ləğv olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ali məktəbin avtorizasiyadan keçmək üçün son tarix bu ilin avqustunda başa çatsa da, universitetdə tədris prosesi mart ayının 4-dən etibarən dayandırılıb.

Tələbələr ali məktəbin akkreditasiyasının ləğv olunmasına etiraz edirlər. Bununla bağlı tələbə özünüidarəetmə qurumunun üzvləri mətbuat konfransı keçiriblər. Onlar universitetdə tədris prosesinin bərpasını tələb ediblər.

Bildirilib ki, 2013-cü ildə təsis olunan Gürcüstan-Avropa Universitetində hazırda 500-ə yaxın tələbə təhsil alır. Onların təqribən 250-si Azərbaycan vətəndaşıdır.

Tələbə özünüidarəetmə qurumunun üzvləri məsələ ilə bağlı Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyində görüş keçiriblər. Gələn həftə ali məktəb nümayəndələrinin parlamentin Təhsil, elm və mədəniyyət komitəsinin üzvləri ilə görüşəcəyi gözlənilir.

Gürcüstan-Avropa Universitetinin tələbələri qeyd ediblər ki, ali məktəbin akkreditasiyasının bərpa olunması istiqamətində hüquqi müstəvidə mübarizəni davam etdirəcəklər.

Qeyd edək ki, hazırda Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2 124 nəfər təşkil edir. Onların 470-i dövlət, 1 654-ü isə özəl universitetlərdə təhsil alır.


шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031