FİFA-nın vitse-prezidenti korrupsiya faktına görə saxlanıldı

 
7-06-2019, 10:08            28 dəfə baxılıb
 
Afrika Futbol Federasiyalarının rəhbəri, eləcə də FİFA-nın vitse-prezidenti Əhməd Əhmədin adı korrupsiya qalmaqalında hallanıb. 

Əhməd Fransa polisinin araşdırdığı korrupsiya əməliyyatı çərçivəsində sorğuya çağrıldıqdan sonra Parisdə saxlanılıb.

O konfederasiya və futbol forması istehsalçıları arasında müqavilələr zamanı pozuntulara yol verməkdə şübhəli bilinir. Məsələn, bu il dünyanın tanınmış brendlərindən biri ilə bağlanmış müqavilə səbəb göstərilmədən ləğv edilib.

FİFA prezidenti Canni İnfantino məsələni şərh edib:

“Mən bilirəm ki, müəyyən narahatlıq  yaradan məqamlar var. Lakin hesab edirəm ki,  hamımız üçün çətin olan belə anlarda soyuqqanlı olmalı və həmrəyliyimizi itirməməliyik. Xahiş edirəm problemləri deyil, həll yollarını axtarın”.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930