AVRO-2020-nin seçmə mərhələsində 5 qrupda keçirilən 13 görüşlə 3-cü tur başa çatıb

 
9-06-2019, 10:52            43 dəfə baxılıb
 
Ötən gün AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Beş qrupda keçirilən 13 görüşlə 3-cü tur başa çatıb.
C qrupunda liderlər itkisiz yoluna davam edib. Şimali İrlandiya 3-cü, Almaniya 2-ci qələbəsini qazanıb. Bu komandalar autsayderlər Estoniya və Belarusu məğlub ediblər.
E qrupunda 3-cü oyununu keçirən Macarıstanla Xorvatiya xal hesablarını 6-ya çatdırıb. Sonuncular Uelsin ilk məğlubiyyətinin səbəbkarı olubsa, macarlar Azərbaycan millisinə qalib gəliblər.
H qrupunda turnir cədvəlinin qonşuları görüşüblər. Turun mərkəzi oyunu Konyada baş tutub. Ardıcıl iki qələbə qazanan Türkiyə və Fransa üz-üzə gəlib. Meydan sahibləri iki cavabsız qol vuraraq vahid liderliyi ələ keçirib. “Ay-ulduzlular”a qələbəni Kaan Ayhan və Çengiz Ündərin qolları qazandırıb. Şenol Günəşin yetirmələrinin qələbəsi tarixi əhəmiyyət kəsb edib. Türkiyə milli tarixində ilk dəfə Fransanı məğlub edib. İslandiya Albaniya, Moldova isə Andorra ilə görüşdə minimal hesabla qalib gələrək bir pillə irəliləyib.
İ qrupunda Rusiya San-Marinonu 9 cavabsız qolla darmadağın edib. Belçika Qazaxıstana, Şotlandiya Kiprə qalıb gəlib.
J qrupunda İtaliya ardıcıl 3-cü qələbəsini Yunanıstanla görüşdə qazanıb. Finlandiya Bosniya və Herseqovinanı, Ermənistan isə Lixtenşteyni yenib.
Qeyd edək ki, 3-cü turun ilk 12 görüşü iyunun 7-də keçirilib.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930