Müsəlman ölkəsində 1,8 milyon yaşı olan insan qalıqları tapıldı...

 
9-07-2019, 17:21            165 dəfə baxılıb
 
Müsəlman əhalisinin sayı baxımından dünyanın ən böyük ölkəsi  sayılan İndoneziya ərazisində  bu gün üçün ən qədim ola bilən insan qalıqları aşkar edilib.   

Moderator.az  xəbər verir ki, bu haqda “Jakarta Post” nəşri məlumat yayıb. Ölmüş adam müasir insanların birbaşa əcdadı hesab olunan “Homo erectus (“Dik adam”) növünə aid edilib. Kəşf edilən sümük qalıqları daha əvvəl İndoneziya ərazisində edilən oxşar tapıntılardan 300 min il daha qədim sayılır.  Onların sahibinin 1,8 mln. öncə yaşadığı hesab edilir. 

Bundan öncə arxeoloqlar indiki İndoneziya kəşfi ilə  müqayisə edilən “Homo erectus” qalıqlarını Cənubi Afrika, Asiya  və Qafqaz da daxil olmaqla Avropa ölkələrində tapmışlar. Və bu günədək  ən qədim  hesab olunan insan qalıqları son 30 ildə Gürcüstanda tapılmış qalıqlar sayılırdı.

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031