Marsa getmək istəyənlər ordusu yaranır

 
20-07-2019, 11:01            39 dəfə baxılıb
 
Marsa uçuş kosmik missiyanın hər bir ekipaj üzvünü radiasiya ilə təmasa görə 2,5 il qocaldacaq. Bu haqda “RİA Novosti”də Moskvada keçirilən Aviakosmik və Ekoloji Tibb adlı konfransın hesabatında məlumat yer alıb. Marsa uzun sürən (üç ilə qədər) uçuş zamanı və uçuşdan sonra maksimum Günəş aktivliyi şəraitində müxtəlif qalınlıqlı radiasiyadan qoruyan alüminium sığınacaqda olan kosmonavtların üzləşəcəyi ümumi radiasiya riski hesablanıb.

“Sadə şar formalı kosmik aparat və onun içində olan insan bədənini imitasiya edən fantom model əsasında aparılan hesablamalara görə, Marsa iki il müddətli uçuş və geri dönüş zamanı hər bir ekspedisiya üzvü üçün radiasiya riski yaşdan asılı olmayaraq 7,5 faiz təşkil edəcək. Bu isə kosmonavtların ömrünün orta hesabla 2,5 il qısalmasına yol açacaq”, - sənəddə qeyd edilir.

Daha öncə isə xəbər verilmişdi ki, Marsda daimi insan koloniyası qurmanın məqsəd qoyulduğu “Mars One” adlı layihədə iştirak etmək istəyənlərin sayı 100 mindən 100-ə endirilib. Layihə çərçivəsində əvvəlcə qırmızı planetə araşdırmalar aparmaq üzrə insansız kosmos vasitəsi göndəriləcək, yük daşınması səfərləri təşkil ediləcəyi planlaşdırılırdı. Məsələn, 7-8 il bundan öncə bu səfərin təxmini tarixi 2018-ci il olaraq göstərilirdi. Daha sonra isə ilk insan uçuşunun 2024-cü ildə olacağı deyildi. Bu səfərə qədər “qırmızı planet”də insan həyatına uyğun mühit yaradılması üçün işlər getdiyi də qeyd olundu.

Marsa ayaq basacaq insanların bu müddətdə ciddi təlim proqramlarından keçəcəyi də göstərilir. Layihənin xərci təxminən 6 milyard dollardır.

Lakin Marsa səfər etmək sözügedən layihənin ən çətin tərəfi deyil. Marsın atmosferinin planetimizə nisbətən 1% olduğunu düşünsək, astronavtlar ilk növbədə oradakı təzyiqdən qurtulmağın yollarını tapmalıdırlar. İkinci çətinlik isə insanın yaşaması üçün lazımlı olan oksigendir ki, o da Marsda çox deyil. Planetdəki radiasiya nisbətinin olduqca yüksək olduğunu deyən mütəxəssislər bunun kosmonavtların xərçəngə yoluxmaq riskini xeyli dərəcədə artırdığını deyir ki, bu da üçüncü məqamdır.

Marsa səfər 500 min dollar olacaq

Bu il fevralın 13-də səfər qiymətləri ilə bağlı məlumatlar da açıqlanıb. Elon Musk şəxsi twitter hesabından paylaşdığı cavabda Marsa gediş biletinin qiyməti haqqında bəzi məlumatlar verib. Twitter istifadəçisi Elan Muska Marsa getməyin neçəyə başa gələcəyi haqda sual verib. Musk isə Marsa səfərin 500 min dollar olacağını bildirib. Həmçinin o, vaxt keçdikcə bu qiymətin 100 min dollara qədər düşəcəyini və insanların evlərini sataraq Marsa getmək istəyəcəklərini vurğulayıb.

Marsa getdikdən sonra oranı bəyənməyənlərin dönüş biletinin pulsuz olacağını deyən Musk özünün orada yaşamaq ehtimalının 70 faiz olduğunu bildirib: “Marsda ölmək şansın Yerdə ölmək şansından daha yüksəkdir. Sən bir qutunun içərisində kosmosun dərinliklərinə gedirsən. Sən uğurlu eniş edə bilərsən, lakin enən kimi baza qurmaq üçün davamlı çalışmaq lazımdır. İstirahət  üçün vaxt yoxdur”. Mask bundan əvvəl bildirib ki, Marsda davamlı həyat növbəti 40-100 il ərzində mümkün ola bilər.

Marsa getmək istəyən insanların ölümə hazır olmalarının vacibliyinə toxunan Masj kosmos radiasiyalarının, günəş partlamalarının, aşağı təzyiqin və dondurucu soyuqların gedənləri çox çətinliyə salacağını da vurğulayıb. Elon Mask bu mövzu ilə bağlı keçən il bir nitq söyləmişdi. Nitqdə aşağıdakı fikirlər yer almışdı: “Bir fəlakətin baş tutma ehtimalı yüksəkdir, bunun qarşısını almanın bir yolu yoxdur. Bu vəziyyət əslində ”ölməyə hazırsınızmı?" sualını vermək kimidir. Astronomlar ancaq ölməyə hazır olduqları təqdirdə Marsa getmək üçün yaxşı bir namizəd ola biləcəklər".


Aya səyahət edən Bill Anders: “Marsa insan göndərmək dəlilikdir”

Aya səyahət edən ilk üç insandan biri olan Bill Anders Marsa insan göndərmənin “dəli bir fikir” olduğunu deyib. Anders Aya səyahət edən ilk kosmos vasitəsi olan Apollo 8-dəki astronomlardan biridir.

“BBC Radyo 5"ə verdiyi açıqlamada Marsa insan göndərmənin hardasa gülünc olduğunu bildirən Anders xüsusən də maliyyə məsələsinə diqqət çəkir. Amerikanın Beynəlxalq Kosmos və Havaçılıq Dairəsi (NASA), bir yandan Aya yenidən insan göndərməyi, digər tərəfdən də gələcəkdə Marsa insan göndərə bilmənin texnologiyaları üzərində çalışır.

85 yaşındakı Anders Marsa insansız vasitələrin göndərilməsinin böyük bir dəstəkçisi olduğunu, amma ora maliyyəsi çox daha yüksək insan göndərmə məsələsində yetərində ictimai dəstək olmadığını bildirib.

“Bunu məcburi edən nədir? Bizi Marsa getməyə itələyən nədir?” deyə sual edən Anders “Dövlətlərin bu məsələdə o qədər də maraqlı olduğunu düşünmürəm”- deyə, bildirib.

Kəşf robotları isə Marsa araşdırmalarını davam etdirir. Son olaraq NASA-nın “InSight” kosmos vasitəsi bir müddət öncə Marsa eniş edərək, planetdə öz heyətini yerləşdirməyə başlamışdı.


Frank Borman: “Günəş sistemimizi kəşf etməliyik”

Apollo 8 missiyasını həyata keçirən Frank Borman isə Marsa insan göndərmə missiyaları məsələsində daha pozitivdir. Frank Borman deyib: “NASA məsələsində Bill qədər tənqidçi deyiləm. Günəş Sistemimizin kəşf edilməsi məsələsində iradəli olmalıyıq və insanlı missiyalar qrupu da bunun bir parçasıdır”.

Borman gələcəkdə kosmos turizmi çərçivəsində Marsa özəl turlar təşkil etməyi düşünən SpaceX’in qurucusu Elon Mask və Amazonun rəhbəri Ceff Bezosun xəyalları məsələsində isə daha təmkinlidir: “Mars haqqında həddən artıq şişitmə olduğunu düşündüyüm bir çox yanlış fikirlər var. Mask və Bezos, Marsa koloniya yerləşdirməkdən bəhs edirlər, məncə bu, dəlilikdir”.

Elon Musk ile ilgili görsel sonucu
“Ölüm riski olsa da, marsa uçacam”

Amerikalı sahibkar Elon Musk isə yeddi il ərzində Marsa uça biləcəyini deyib. “Axios”a müsahibə verən Musk Marsa getməsi ehtimalının 70% olduğunu deyib. 7 il ərzində belə bir səfərin mümkün olacağını bildirən Musk Mars biletlərinin bir neçə yüz min dollar olacağını söyləyib.

Marsa səfərin ölümcül ola biləcəyini fərq etdiyini bildirən Musk “Marsda ölmək ehtimalınız Dünyada ölmək ehtimalınızdan daha yüksəkdir. Çətin olacaq. Ölüm ehtimalı yüksəkdir, kosmosun dərinliklərinə enmə ehtimalı aşağıdır” ifadələrini dilə gətirib.

Marsa eniş edər-etməz sürətli bir şəkildə bir baza inşa edilməsi lazım olduğunu bildirən Musk söyləyib: “Kef üçün vaxt yoxdur. Bunu etdikdən sonra belə çətin bir ətraf mühit olacaq. Bu səbəbdən ölüm ehtimalı yüksək olacaq. Biz geri qayıda biləcəyinizi düşünürük, amma bundan əmin deyilik”.

Marsa səyahət üçün keçiriləcək reklam haqqında da danışan Musk bu reklamın Shackleton-ın Antarktida reklamına bənzəməsinin vacibliyini diqqətə çatdırıb.

1914-cü ildə Cənub Qütbünə səfərə çıxan Ernest Shackleton, “The Times”a bir reklam vermiş, reklamda “Aşağı maaş, amansız bir soyuq, tamamilə qaranlıqda uzun aylar, daim təhlükə, qayıtmamaq təhlükəsi və uğur vəziyyətində qazanılacaq şərəf qarşılığında təhlükəli səyahətə çıxacaq adamlar axtarılır” ifadələri qeyd etmişdi.

ÃÂin marsa ile ilgili görsel sonucu
Çin marsa ilk missiyasını göndərəcək

Bu ilin iyulunda isə xəbər verilib ki, Çin 2020-ci ildə Marsa ilk tədqiqat missiyasını göndərməyi planlaşdırır. Artıq alimlər kosmik aparat üzərində bütün işləri bitiriblər. Bu haqda Çinin “Global Times” nəşri yazıb.

5-7 iyul tarixlərində Jiçjao (Şandun əyaləti) şəhərində keçirilmiş peyk və kosmos üzrə konfransda hazırlanmış kosmik aparat haqda məlumat verilib. Sözügedən aparatın əsas vəzifəsi planetdə həyat əlamətləri axtarmaqdan ibarətdir. Həmin aparat Marsda atmosferi, landşaft, geoloji və maqnit xüsusiyyətlərini araşdıracaq.

Bundan başqa missiya zamanı, həmçinin insanın Mars planetinə uyğunlaşıb yaşaya bilməsi potensialı qiymətləndiriləcək.

Amerikanın Milli Aeronavtika və Kosmos İdarəsi (National Aeronautics and Space Administration - NASA) 2020-ci ildə Marsa göndəriləcək pilotsuz uçuş aparatının sınaqlarını əks etdirən videonu yayımlayıb.

Alimlər bir neçə ildir ki, Qırmızı planetin atmosferi şəraitində uça bilən aparatın hazırlanması üzərində çalışırlar. Bir çox mühəndislər bu istiqamətdə hazırladıqları layihələrini təqdim etsələr də, onların əksəriyyəti uğursuzluqla nəticələnib. Lakin kosmik agentlikdə uyğun konstruksiya tapılıb və yeni kvadrokopter sınaqdan keçirilib.

Dron Marsın atmosfer şəraitini təqlid edən kameraya yerləşdirilib. Pilotsuz uçuş aparatı müvəffəqiyyətlə uçub və bir neçə dəqiqə havada qalıb. 2020-ci ildə qurğu növbəti uçuşunu Marsın səthində gerçəkləşdirəcək.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031