Nuhun gəmisinin yeri müəyyən olundu - FOTO

 
5-08-2019, 12:02            40 dəfə baxılıb
 
Sənədli film çəkən Cem Sertesen Nuhun gəmisinin qalıqlarının Ağrı vilayətinin Doğubayazit rayonunda olduğunu iddia edir. 

Moderator.az xəbər verir ki, Cem Sertesen 42-ci turizm həftəsi ilə bağlı Ağrının Doğubayazıt mahalında "Nuhun gəmisi" konfransına qatılıb.

Sertesen konfransda etdiyi çıxış zamanı Nuhun gəmisinin Doğubayazitin xarabalıqlarında olduğunu söyləyib: "Bəşəriyyət tarixindəki ən böyük əfsanə olan Nuhun gəmisi təkcə bizlərin deyil, bütün dünyadakı insanları maraqlandırır. Avropada, Asiyada, Amerikada hər kəs Nuhun gəmisinin Türkiyənin şərqində olduğunu qəbul edir. Və olduğu şəhər isə Ağrının Doğubayazıt mahalıdır".
Rejissor bildirib ki, 1995-ci ildə dağıntıları görüb və elə o zaman dünyanın diqqətini çəkmək üçün sənədli film çəkmək qərarına gəlib: “İlhan Durupınar Nuhun gəmisini kəşf etdi, Ara Gülər ilk fotolarını çəkdi və 1985-ci ildə Doç. Dr. Salih Bayraktutan ilk elmi araşdırma apardı. Həftələrcə davam edən araşdırmanın sonunda yeraltı qalıqlarda gəminin gövdəsinin bütün çılpaqlıqları ilə görüldüyü sübut olundu. Məsələ ilə bağlı hazırlanmış məruzə o zamanın baş nazirinə verildi. Məruzənin son cümləsində qeyd olunmuşdu: “Bəli, bu bir gəminin meydana gəlməsinin izidir. Gövdəni gördük və ən qısa müddətdə bölgədə arxeoloji işlərə başlanılmalıdır”.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031