Qırğızıstandakı iğtişaşlarda 136 nəfər yaralandı

 
11-08-2019, 20:01            155 dəfə baxılıb
 
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin tutulması ilə əlaqədar baş verən iğtişaşlarda 136 nəfər yaralanıb. 

Qırğızıstan Səhiyyə Nazirliyinə xəbər verir ki, onların əksəriyyəti evə buraxılsa da, ciddi xəsarət alanların müalicəsi davam edir. 

Çuy vilayətinin Daxili İşlər İdarəsinin rəisi Samat Kurmankulov hələ də komadadır. 

Xatırladaq ki, Almazbek Atambayev avqustun 8-i axşam hökumət qüvvələrinə təslim olub və avqustun 26-dək Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılması ilə bağlı qərar qəbul edilib. 

Almazbek Atambayev korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmək və digər maddələrlə ittiham olunur.(AzərTAc) 
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031