Avropada spirtli içkidən hər il 300 minə yaxın adam ölür...

 
11-09-2019, 10:19            49 dəfə baxılıb
 
“Avropa ölkələrində yüksək və potensial təhlükəli spirt istehlakı zaman keçdikcə məqbul səviyyəyə enməyib və avropalılar dünyada hər kəsdən daha çox spirt içməyə davam edirlər”. 

Moderator.az  İsrail mediasına  istinadla  xəbər verir ki,    Ümumdünya Səhiyyə Təşkilatının(ÜST)  hesabatında belə deyilir. Avropa hələ də dünyada adambaşına düşən alkoqol istehlakına görə ən yüksək səviyyədədir. Cənubi Avropada bu problem Mərkəzi və Şimali Avropaya nisbətən daha azdır. 

ÜST-nin 2010-2016-cı  illər üçün məlumatlarına görə, 30 Avropa ölkəsində hər il 300 minə yaxın adam spirtli içki ilə əlaqəli səbəblərdən - xəstəliklərdən, yaxud yol qəzalarında  ölür. 2010-cu ilə  nisbətdə 2016-cı ildə bu cür ölüm hallarının 3% azalması da qeyri-kafi hesab olunur.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30