Nazir: “Neftin 100 dollar olduğu dövr keçmişdə qaldı”

 
7-10-2019, 17:42            316 dəfə baxılıb
 
Rusiya Energetika Nazirliyi neftin 1 barelinin 50 dollar olmasını ədalətli hesab edir.

Bu barədə energetika naziri Aleksandr Novak deyib.

Nazirin sözlərinə görə, neftin 1 barelinin 100 dollar olduğu zamanı unutmaq olar.

“Dünyada neftin orta statistik qiyməti 50 dollar olacaq. 2019-cu ilin büdcəsində neftin qiyməti 43-45 dollar intervalında götürülüb”.

Nazirin fikrincə, uzaq perspektivdə neftin 1 bareli 50-60 dollar arasında olacaq. Novak Venesuela və İranın neft sanksiyaları ilə üzləşməsi fonunda ABŞ-da neft hasilatının artmasını bunun əsas səbəbləri arasında görür.(Modern.az)
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031