O gün gələcəkmi? - HEKAYƏ

 
16-06-2018, 11:41            599 dəfə baxılıb
                            O gün gələcəkmi?
    Əski dostum Azadla qəfləti olaraq  28 May metrosunda görüşdük. Görüş təsadüf də olsa hər ikimiz üçün sevindirici idi. Onun olduqca səmimi, işgüzar, mehriban, istiqanlı bir insan,  mükəmməl rus və ingilis dillərinin bilicisi, böyük iqtisadi və siyasi biliyə malik olduğunu da bilirdim. Uzun illərdi ki, işsizdi. Doğrusu, əziz dostumun haradasa, hər hansı elm ocağında az maaşla işləməsinə  razı da deyildim, ancaq bir müəssisəyə rəhbər olmasını arzulayırdım. Açığını deyim ki, ondakı potensiyalı, bacarıq və qabiliyyəti çox böyük duyğularla hiss edirdim və məni  narahat edən də  onun işsizliyi idi. İlk öncə hal-əhvaldan sonra işini xəbər aldım. Verdiyi şad xəbər əvəzsiz sevincimə səbəb oldu. Dostumun neçə illərdi ki, iş üçün etdiyi müraciətlərə baxmayaraq, məmləkətimizdə onu irəli çəkəcək nə bir dövlət qurumu, nə də bir sahibkar – şirkət rəhbəri tapılmadı. Söhbətindən aydın oldu ki, çoxsaylı müraciətlərindən sonra işgüzarlığına, biliyinə qiymət yalnız okeanın o tayından  gəldi. Azadın yeni işə rəhbər təyin olunması məni həm sevidirdi, həm mütəssir etdi. Qısa görüşdən sonra tezliklə görüşmək ümidi ilə ayrıldıq. Ayrılandan sonra sevinc və qəhərdən boğulurdum. Ani olaraq yanağımdan damla-damla axan göz yaşlarımı  görürdüm. Birisi sevinc, digəri kədər. Birisi şirin, o biri acı olan göz yaşları. Düşündüm, biz nə vaxt özümüzü tanıyacaq, özümüzə qiymət verəcəyik? Görəsən, o gün gələcəkmi?
   Metrodan çıxaraq heç kəsin görmədiyi bir guşəyə çəkilmək istəyirdim. Elə guşəyə ki, orada nə yalanlar olsun, nə də palanlar!
                                                                                   
                                                                                                                                           İmdad Kazımшаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930