Ürəyin bir nömrəli düşməni açıqlandı

 
12-04-2019, 12:13            54 dəfə baxılıb
 

Dünya şöhrətli türkiyəli ürək cərrahı, professor Mehmet Öz güclü və möhkəm ailə əlaqələrinin stressi azaltdığını və ürək sağlamlığına yaxşı təsir etdiyini deyib.

Serhed.az Publika.az-a istinadən cərrahın ürək sağlamlığını qorumağın yolları haqqında fikirlərini təqdim edir:

ABŞ-da yaşayan və gördüyü işlərlə dünya miqyasında tanınan professor ürək xəstəliklərindən qorunmağa qidaların böyük təsirinin olduğunu deyib. Həkimin sözlərinə görə, şəkər ürəyə zərər verən və digər xəstəliklərə yol açan əsas amillərdən biridir:

"Şəkər yediyimiz zaman kökəlirik, köklüyün bir çox zərəri var, amma ən böyük zərəri qaraciyərə dəyir. Qaraciyərdə şəkər toplananda yağa çevrilir və bu zaman xəstə qaraciyər xolesterinə qarşı mübarizə apara bilmir. Bu halda xolesterin növü dəyişir və pis xolesterinin miqdarı artır”.

Mehmet Öz yüksək xolesterinin ürəyə təsirini belə izah edib:

"Pis xolesterinin təsirilə ürəkdəki damarlarda bir yara əmələ gəlir və onu bərpa etmək çətin olur. Bu, həm kişilərdə, həm də qadınlarda böyük problem yaradır. Ürəkdə üç əsas və böyük arterial damar var, bu arteriyalar bir divar funkisyasını yerinə yetirir. Divar deşildiyi zaman yüksək təzyiq, şəkər xəstəliyi kimi problemlər meydana gəlir. Şəkər xəstəliyi şüşə parçalar kimi o divarı dəlir. Divarın içində bir oyuq yarandıqdan sonra onu sağaltmaq lazımdır.

Xolesterinin yaxşı və pis növü var. Yaxşı xolesterin olduğu zaman damarları sağaltmaq mümkün olur, amma pis xolesterin çox olduğu zaman o yaralar arteriyaları yavaş-yavaş tıxamağa başlayır, üzərində xolesterin yığılıb qalır. Zaman keçdikcə borunun ortası bağlanır və ürək çatışmazlığı yaranır, nəticədə xəstə infarktdan ölür.

Pis xolesterinin miqdarı çoxdursa, bədən arteriyaları təmir etmir. Normal halda gənc bir insan arteriyalarda deşik olsa da, olmasa da, onu bərpa edir, amma xolesterin növü dəyişdikdən sonra əsaslı bərpa formaları dəyişir”.

Professor onu da əlavə edib ki, Aralıq dənizi mətbəxi ömrü uzadır və o son dərəcə sağlamdır:

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930