EMPATİYA - Cəmiyyətin ən çox ehtiyac duyduğu hiss

 
13-08-2019, 11:20            509 dəfə baxılıb
 
Əvvəlcə empatiya sözünün mənasını açıqlayaq. Bu açıqlama sonrakı deyəcəklərimi izah edəcək. Empatiya yunan sözü (empateya) olub “fiziki bağlılıq, meyl” mənasını ifadə edir. Yəni daha geniş anlam verdikdə qarşındakını anlama, başadüşmə, özünü qarşı tərəfin yerinə qoya bilmə “sənətidir”. Əlavə edərək qabiliyyət olduğunu da deyərdim. Bu bacarıq hər insanda olmur və bunu bacaran insanlara fərqləndirici ad qoyaraq empat adlandırırlar. Onu da qeyd edim ki, empatlar təkliyə meyilli, gülərüz, kövrək olduğunu, daim sirdaş, yoldaş axtarışında olan biriləri olduğunu müşahidə etmişəm. Onlar öz “insanlarının” axtarışında olurlar. İnsanlar onların ümidlərini, inamlarını doğrultmasalar belə bundan üzülmür, anlayışlı qəbul edərək həmin insanları öz həyatlarından “silirlər”. Mövzumuz bu olmadığı üçün empatların hissləri haqqda yox, məhz empat cəmiyyət haqqda danışmaq istərdim. Heç empat insanlarla dolu insan toplumunu təsəvvür etmisiniz?! Şəxsən bir realist insan kimi mən bunu ağlıma sığdıra və təsəvvür edə bilmirəm. Belə bir cəmiyyəti arzuladığım vaxt içimdə bir səs necə sadəlövh və saf olduğumu gülərək mənə xatırladır. Düşünün, heç bir insan başqa birinin ondan daha kasıb olduğuna görə ona yuxarıdan aşağı baxmır. Heç bir ağdərili başqa irqin nümayəndəsinə ağıldankəm kimi baxmır. Heç bir kişi təbiətən qadından üstün olduğunu heç ağlına belə gətirmir. Bir imkanlı ailənin övladı bahalı maşınına görə fəxr eləmir. Heç bir insan özünü ən üstün xalqın nümayəndəsi hesab etmir. Bu ki, Yer kürəsini cənnət edə bilərdi. Məhz yaşadığımız həyatı cənnət edə bilməyəcəyimiz üçün cənnət anlayışını ölümdən sonrakı həyata saxladıq. Lakin cəmiyyətin empat insanların çoxluq təşkil etməsi üçün cəhdlər etmək olar. Burada əsas güc tərbiyənin üstünə düşür. Valideynlərin şəxsi ambisiyalarısız, eqosuz, münasibətdə diktator kimi yox, sevərək iştirak etməsi və öz növbəsində onların da kiçik yaş dövrlərindəki hiss və istəklərini xatırlayaraq tərbiyəyə daha çox empatik yanaşması artıq uşağa da empatiyanı aşılayır. Bu öz növbəsində artıq yeni bir sistem və zəncirvari şəbəkə yaratmış olur. Məhz empatik ailənin övladı gələcək üçün yeni ümidlər doğur. Cinayətlərin, oğurluqların, zorakılıqların azalmasına səbəb olar.
Cinayətlər həmişə birinci beyində, fantaziyalarla başlayır. Mən şəxsən az qism manyakları qınayıram. Bəli, az qismini, hamısını deyil. Bir insanı qınamaq üçün birinci növbədə həmin insanı yaxşı tanımalı və həyata onun baxışları ilə baxmaq lazımdır. Məgər hamımız bunu etməyə qadirik?! Əlbəttə, yox! Danışmaq istədiyim şəxs Sovet, həmçinin dünyanın bir nömrəli canisi hesab olunan Andrey Çikatilodur. Seriyalı qatilin hesabında 53 amansız, zorakı qətl vardır. Andrey Çikatilo 16 oktyabr 1936-cı ildə Rusiyanın Sum oblastının Yabloçnoe kəndində dünyaya gəlmişdir. Məlumat var ki, Çikatilo hidrosefaliya əlamətləri ilə anadan olmuşdur. 12 yaşına qədər gecələr sidik saxlamamaqdan əziyyət çəkirdi, ona görə də anası tərəfdən döyülürdü.1943-cü ilə onun bacısı anadan oldu. Onun atası cəbhədən idi. Bəlkə də o öz anasının həmişə alman əsgərləri tərəfindən zorlanmaya məruz qaldığını gördüyü üçün belə olmuşdur. 1944-cü ildə Çikatilo 1-ci sinifə getdi. 1946-cı ildə aclıq dövrü başlandı, ona görə də o, evdən çıxmırdı ki, onu yeyərlər: anası ona demişdi ki, aclıq vaxtı onun böyük qardaşı Stepanı tutub və yeyiblər. Elə versiya irəli sürülür ki, hələ aclıq vaxtı onun böyük qardaşını valideynlər özləri yeyiblər. Amma araşdırmalar zamanı onun böyük qardaşı haqqında heç bir məlumat tapılmamışdır. 1954-cü ildə Andrey orta məktəbi bitirib, hüquq fakültəsinə qəbul olmağa çalışırdı, amma kursu keçə bilmədi. O, elə hesab edirdi ki, onu ona görə instituta götürmədilər ki, onun atası "satqın" və "xalq düşməni" idi. 1957-1960-ci illərdə orduda xidmət etdi. O hərbi xidmətini Berlində etdi. Onun sözlərinə görə orda, o, bütün alçalmalara, seksual təzyiqlərə məruz qaldı. Demək bu qədər hadisələrdən sonra artıq gələcəyin qatili hazır idi. Səliqəli, təmiz geyimli, evli ,2 uşaq övladı olan Andrey Çikatilo az yaşlı uşaqlara təcavüz edərək öldürürdü. Tutulduğu zaman 53 qətli boynuna alan Andrey bu davranışlarını soyuqqanlıqla etdiyini bildirir. Əlbəttə, hamı onu qınayır və təhqir edirdi. Bu ilkin təəssürat üçün tam normaldır. Amma heç kim A.Çikatilonun hansı çətinliklərdən, nə əzablardan keçdiyindən xəbərsizdir. Artıq biz onun bu hadisələrin onun psixikasında necə dərin iz buraxdıqlarını bilmirik. İçindəki dominantlıq instinktini azyaşlı qızları zorlamaqla sübut edən Andrey bunu adi amma qadağan olunmuş davranış olduğunu bilirdi. Beləliklə, ilk olaraq anasının, sonra isə cəmiyyətin Andreyə qarşı olan təsiri ictimaiyyət üçün potensial öldürücü silah hazırladı. Bu insan kimi cəmiyyətimizdə bizim tanımadığımız və heç maraqlanmadığımız insanlar vardır. Məhz onlara pislik edildiyi üçün cəmiyyətdən bir növ öz qisaslarını almış olurlar. Bu mövzuya uyğun daha bir şəxsi nümunə göstərə bilərəm. Gebbels 1897-ci il oktyabrın 29-da Reydtdə dünyaya gəlib. Mühasib atası həmişə oğlunun katolik kilsəsinin keşişi olacağına ümid edirdi. Amma Gebbels yazıçı və jurnalist olmaq arzusu ilə gimnaziyada oxuyur və humanitar elmlərə üstünlük verir. Professor Fridrix Qundolfanın rəhbərliyi ilə 1921-ci ildə “Heydelberq” universitetində dissertasiya müdafiə edib və elmi dərəcə alıb. Lakin ədəbi əsərləri dəfələrlə qəzet redaktorları tərəfindən rədd edilib.
I Dünya Müharibəsi başlayanda Gebbels axsaq olduğu üçün (o, anadangəlmə əlil idi) hərbi xidmətə yararsız hesab olunur. Bunu özünə sığışdırmayan Gebbels müharibə zamanı ölkəsinə xidmət edə bilməməyi biabırçılıq hesab edirdi. Həmişə ətrafdakıların alçaldıcı baxışlarını, istehzalı gülüşlərini kürəyində hiss edirdi. Və beləcə, Almaniyanın belə qüsurlu şəxslərə olan münasibəti sonrakı proseslərdə yeni nifrətli şəxslərin üzə çıxmasına şərait yaradıb.
I Dünya Müharibəsindəki məğlubiyyətdən sonra Almaniyanı sosial-iqtisadi böhran öz ağuşuna alır. Cəmiyyətdə yeni-yeni fraksiyalar, koalisiyalar, partiyalar və fikir ayrılılıqları yaranır. Həmçinin, məğlub ölkə kimi (Almaniya) başqa ölkələrin təhqiramiz davranışları cəmiyyətdə millətçilik kimi “xəstəliyin” yaranmasına şərait yaratdı. Bu dönəmdə Adolf Hitler zorakı və siyasi yollarla xalqın rəğbətini qazanaraq hakimiyyətə gəlir. Yozef Gebbels onun ən yaxın silahdaşı kimi Maarif və Təbliğat naziri vəzifəsinə təyin edir. Uşaqlıqdan təhqir, alçaldılmalara, uğursuzluqlara, axsaqlığına görə ələ salınamalara məruz qalan Yozef Gebbels “Holokostun” təşkilində birbaşa iştirak etmişdir. Kitabxanalara, kitab mağazalarına “ repressiya” təşkil edərək milyonlarla kitabların nümayişkaranə şəkildə küçələrdə yandırılmasına sərəncamlar vermişdir. Onun nifrəti nəinki insanların özünə, hətta onun kimi düşünə bilməyən insanların yaradıcılığına, yazılarına, məktublarına, ədəbiyyatına, düşüncə və beyinlərinə idi.
Bu şəxsin sonluğu haqqda yazmaq istəməzdim çünki Yozef də Andreyin taleyini yaşamışdır. Yəni öz əcəli ilə ölməmişdir. Onların ölümü nəyi dəyişdi axı?! Neçə-neçə taleləri bəxbəxt edəndən sonra öldürülmək yaxud yox olub getmək axı nəyi dəyişir?! Axı nə üçün bunlar baş verməli idi?! Sadəcə dəyişilməyən qanun var və bu dünya qədər qədimdir. Nifrət növbəti nifrəti yaradır. Bu zəncirvari nifrət növbəti hadisələrin alovlanmaqda olan közüdür. “Bütün ağlasığmazlığın öz məntiqi cavabı vardır”- demişdir Uilyam Şekspir.


Niyaz Mustafazadə
psixoloq
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031