MƏNTİQSİZLİKDƏN DOĞAN ƏZİYYƏT VƏ ZÜLM

 
2-07-2018, 11:47            366 dəfə baxılıb
 Nəhayət, Naxçıvana online təyyarə bileti satışı həyata keçdi, amma...
Deyəsən, biz "amma"sız iş görə bilmirik. Bu işdəki "amma"nı da mən izah etməyə çalışım.
Bilet satışında bir xəbərdarlıq vardır:
Diqqət: Ödəniş edilən Kart sahibi səyahət edən sərnişinlərdən biri deyilsə və hava limanında bank kartını yoxlanış üçün təqdim edə bilmədiyi təqdirdə, sərnişinlərin uçuşu ləğv ediləcək.
Bu o deməkdir ki, mən ailə üzvlərmimdən birinə özümə məxsus olan kartla bilet alsam, həmin ailə üzvüm uça bilməyəcək, bilet ləğv olunacaq.
Niyə? Sənə nə dəxli var, mən bileti kimin pulu ilə alıram? Sən pulunu al, biletimi ver. Belə çıxır ki, mən nəqd yolla bilet alsam və həmin biletin pulunu borcla ödəmiş olsam, biletim yenə ləğv olunmalıdır?
Məncə, bu yanlışlıq dərhal düzəldilməlidir.. Bu, vətəndaşa zülm etməkdir. Başqa sözlə, "Get, yenə əziyyət çək, növbəyə dur, nəqd bilet al,"-deməkdir.yanlış
Halbu ki, hər şey insanın rifahı və rahatlığı üçün olmalıdır. Bizdə niyə belə olmasın?
Məncə, bu yanlış dərhal düzəldilməlidir.

Nazim Əkbərov
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031