20 YANVAR müstəqil Azərbaycanın qəhrəmanlıq salnaməsinin BAŞLANĞICIDIR

 
10-01-2019, 15:48            493 dəfə baxılıb
 
ALLAH  YOLUNDA  ÖLDÜRÜLƏNLƏRƏ  ( ŞƏHİD  OLANLARA  ) ”ÖLÜ“ DEMƏYİN  ƏKSİNƏ  ONLAR ( Allah  dərgahında )diridirlər .Lakin  siz  bunu  dərk  etmirsiniz  . Onları  Rəbbi  tərəfindən  bağışlanmaq  və (cənnət)  gözləyir . Onlar  doğru  yolda  olanlardır. ( Qurani – Kərim , Əl “Əl - Bəqərə “surəsi  154 , 157- ci ayələr )                                                                          
 “ 20  Yanvar  “ faciəsi  Qiyamət  gününə  qədər  unudulan  deyil . Fəqət  biz  bir  şeyi  dəqiq  bilirik : -- Yolumuz  haqq  yoludur . İslam  haqq  yoluna  çağırışdır . Ona  görə  də  Allah – Təalanın  köməyi  həmişə  bizim  xalqımızın , dövlətimizin  üzərində  olacaq  . 20  Yanvar  faciəsi  bir  tərəfdən  xalqımızın  sinəsinə  çəkilən  çalın – çarpaz  dağ  olsa  da , digər  tərəfdən  onun  mübarizə  ruhunun , azdlıq  istəyinin  əbədiliyini  sübut  etdi .Qanlı  şənbə  gecəsində  şəhid  olanlar  minlərin  deyil , miliyonların  qəlbinə  azadlıq  toxumu  səpdilər “.                                Şeyxülislam  Hacı  Allahşükür  Paşazadə bu günlər 20  Yanvar  hadisələrinin  29 – cu ildönümü  qeyd  olunur . 1990 – cı ilin  19 Yanvar  gecəsində  Azərbaycan  xalqı dünüada  görünməmiş  , haqsız , böyük  bir  faciə  ilə   üzləşdi . Günahsız  şəhidlərin  qanlarının  axıdılmasına  səbəbkar  olanlar , ədalətsiz fərmana imza  atanlar  və  bu  vəhşiliyə  rəhbərlik  edənlər həm  bu  dünyada , həm  də  qiyamət  günü  Allah  qarşısında  laiqli  cəzadan  azad  ola  bilməyəcəklər . Bu  haqda  müqəddəs  Qurani – Kərimin “Əl – Bəqərə”  surəsi  162- ci ayəsində  buyurulmuşdur :-- Onlar  həmişəlik bu lənət  işərisində  qalarlar .Qiyamətdə  onların əzabı  əskilməz və  üzlərinə də  baxılmaz (üzrlər də  qəbul edilməz ). Tarixdə bir gün – 1990  --cı  il  20  Yanvar Sovet  silahl   qüvvələri  Bakı  şəhərində  və  respublikamızən  bir  neçə  rayonunda  misli  görünməmiş  vəhşiliyə  imza  atdı .Demokratik  və  müstəqil  dövlət  yaratmaq  amalı  ilə  ayağa  qalxan silahsız  xalqa  divan  tutuldu.                                                                                                      
Bakıda ,  Lənkaranda , Neftçalada  və  başqa  rayonlarda  131 nəfər qətlə yetirildi , 744  nəfər  ağır  yaralandı , 841  nəfər  isə  qanunsuz  olaraq  həbsxanalara  salındı. Həlak  olanlar  arasında  qadınlar , uşaqlar , qocalar , təcili  yardım işçləri  və  milislər  ( polislər ) də   var  idi . Sovet  ordu  birləşmələrini   Azərbaycana  dəvət  edən , əsgərlərin  törətdiyi  vəhşilikdən  sonra  özlərini  itirən  o  zamankı  respublika  rəhbərliyi  idarəçiliyi ifliç vəziyytinə  salmışdı . Belə ağır  bir  məqamda  Şeyxülislam  Hacı Allahşükür  Paşazadə  həzrətləri  əsl müdriklik , insanlıq  və  qətiyyət  nümayiş  etdirərək ,xalqın  yanında olub ,xalqı doğru  yola və birliyə  istiqamət verdi .BMT- yə , dünya  dovlətlərinin başçılarına göndərdiyi  müraciətlərdə Seyxülislam  Hacı  Allahşükür  Paşazadə  həzrətləri  qətilama  fərman  verən  SSRİ  rəhbəri  Mixayıl Qorboçovu ittiham  etdi .Belə bir  aydın  mövqe  o  zaman  böyük bir  cəsarət  tələb  edirdi .Seyxülislam  həzrətləri  deputat mandatından  imtina  edərək , həmçinin müraciətlərində  təkidlə  tələb  edirdi ki , Azərbaycanda  həyata  keçirilən  vəhşiliyə  son  qoyulsun , millətindən , dinindən asılı  olmayaraq,    büün vətəndaşların  təhlükəsizliyi  təmin  edilsin və  bu  hadisəni  törədənlər  cəzalandırılsın.                                  Azərbaycan  xalqının əzmini  qırmaq  üçün çirkin  planlar  quran  Kreml  öz  emisarı  Primakov  vasitəsi  ilə  növbəti hiyləyə  əl atır , Moskvanın nümayəndəsi  Seyxülislam həzrətlərinə  Azərbaycanda  hakimiyyəti  ələ  almağı  təklif  edir. Bu  məkrin  törədəcəyi  ağır  nəticələri  öncədən  duyan  Hacı Allahşükür Paşazadə həzrətləri  təklifi  dərhal  rədd  edir və Moskvanın  hiyləgar  planını  pozur. .Seyxülislm həzrətlərinin tarixi  cababı  isə cinayətkarların  üzünə  sərt  bir  şillə  kimi  yapışır : “Mən sizin  məqsədinizi  anladım , ona  görə  qəti  deməliyəm  ki , təklif  etdiyiniz  vəzifəni  tuta  bilməyəcəyəm.  Mənim  2  rükət  namazım  sizin  təklif  etdiyiniz  hakimiyyətdən  qat – qat  üstündür ! Mən  Buxaradakı  Mir – Ərəb mədrəsəsinə  daxil  olmuşam , Moskvadakı  Ali  Komsomol  məktəbinə  yox !” Moskvadan gələn ümid 1990  - cı  ilin  Yanvar  günlərində  Azərbaycanın  taleyi  həll  olunurdu . 
Xalqımız  çətin  bir  imtahan  qarşısında  idi . Məhz  belə  bir  çətin  və  mürəkkəb  zamanda  Şeyxülislm  Hacı  Allahşükür  Paşazadə  həzrətləri  həm  dini  lider , həm də  Azərbaycan  vətəndaşı  kimi  öz  mövqeyini  göstərdi .  Həmin  ağır  günlərdə  Şeyxülismın  bu  xalqın içərisində  olan  qəhrəmanlıq  nümunəsinə   ilk  səs  verən , dayaq  olan  Moskvadan :-Azərbaycan  nümayəndiliyindən  Ümummilli  lider, dövlət  və  siyasi  xadim , Azərbaycan  Respublikasını  dünya  miqyasında  tanıdan  Ulu Öndər Heydər  Əliyev  oldu.  Siyasi  hakimiyyətin  bütün  maheələrinə  baxmayaraq , paytaxt  Moskvada mətbuat  konfransı  keçirən  görkəmli  dövlət  xadimi  Heydər  Əliyev  cənabları  Qorbaçov  və  onun  əlaltılarını haqsız  fərmana  görə  sərt  şəkildə  tənqid  etdi. Xalqımıza  qarşı  törədilən  vəhşiliyə  görə  onlardan  hesab  sordu . Allahın  yardımı , müdrik  və  qəhrəman  oğullarının  əzmi  sayəsində  Azərbaycan  xalqı  bu  çətin  imtahandan  üzüağ  çıxdı.                                                           
 İmperiyanın  gücü , silahı azərbaycanlıların  azad  və  müstəqil  olmaq  ideyalarına  qalib  gələ  bilmədi . Xalqımız XX əsrdə  ikinci  dəfə  öz  müstəqilliyinə  qovuşdu . Bu  gün  qüdrətli bir  dövlət  kimi addımlar  atan  Azərbaycan  müstəqillik  yolunda canından  keçən  şəhidləri  heç  vaxt  unutmur . Tarixi  hadisənin  29 – cu  ildönümü  ərəfəsində  Seyxülislam  Hacı  Allahşükür  Paşazadə  həzrətlərinin  sözlərini  xatırlamaq  yerinə  düşər : “20 Yanvar  bir  tərəfdən  xalqımızın  sinəsinə  çəkilən  çalın – çarpaz  dağ  olsa  da , digər  tərəfdən , onun  mübarizə  ruhununun , azadlıq istəyinin  əbədiliyini  sübut  etdi .Qanlı  şənbə  gecəsində  şəhid  olanlar  minlərin  deyil , milyonların  qəlbinə  azadlıq  toxumu  səpdilər “.

Hacı Akif Qismətoğlu            
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30