Şabran rayon sakininin torpağı QƏSB EDİLDİ

 
8-02-2019, 11:25            1 083 dəfə baxılıb
 

Yanvarın 16-sı 2019-cu ildə Serhed.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Məktub Şabran rayonu Dağ Bilici kəndinin sakini Altay Əli oğlu Əliyev tərəfindən yazılıb. Şikayətçi bildirir ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyası 27.02.1998-ci il tarixində 02 nömrəli qərarla Əliyevlər ailəsinə 3,53 hektar pay torpağı ayrılıb. Lakin onlara verilən pay torpağı istifadəyə yararsız olduğu üçün komissiyaya yenidən müraciət olunub və 25 yanvar 2000-ci il tarixində 1 nömrəli protokolla Aqrar İslahat Komissiyası bu ailəyə yeni, istifadəyə yararlı torpaq sahəsi ayırıb. Altay Əliyev öz məktubunda qeyd edir ki, ailələri 17 ildir həmin pay torpağından istifadə edir və yeganə gəlir mənbəyi də məhz bu torpaq sahəsidir. Pay torpağının qanuni əsaslarla Əliyevlər ailəsinə məxsus olmasına baxmayaraq, 2018-ci ilin əkin dövründən bu ərazi sahibinə heç bir xəbərdarlıq edilmədən əllərindən alınmışdır. Şikayətçi iddia edir ki, həmin torpaq sahəsini Dağ Bilici kənd bələdiyyəsinin sədri öz şəxsi mənfəəti üçün kimlərəsə satmışdır.
Altay Əliyev problemlə bağlı bir sıra dövlət qurumlarına müraciət etsə də, şikayətinə baxılmamışdır.

 
Redaksiyamıza pay torpağının Əliyevlər ailəsinə məxsus olduğunu təsdiqləyən bütün sənədlər təqdim edilmişdir. Bu sənədlər arasında Azərbaycan Respublikasının Torpaq Mülkiyyətinə dair Dövlət Aktının, 25 yanvar 2000-ci ildə Dəvəçi rayon Bilici İƏB yerli Aqrar İslahat Komissiyasının sədri Cəbrayıl Camayevin imzası ilə protokoldan çıxarışın və 23 oktyabr 2015-ci ildə Azərbaycan Respublikasının  Şabran Rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İsrafil Mikayılovun imzası ilə sözügüdən torpaq sahəsinin Gülxanım Əliyevaya (Altay Əliyevin anası) məxsus olduğunu və bu ailənin həmin pay torpağından istifadə edə biləcəyini təsdiqləyən sənədlərin sürətləri təqdim edilmişdir. Bütün bu sənədlər göstərir ki, qanun şikayətçinin tərəfindədir. Lakin kimlərsə zorla vətəndaşın qanuni pay torpağını heç bir qanuni əsas gətirmədən qəsb ediblər. Şikayətçi Altay Əliyev bildirir ki, məsələyə aydınlıq gətirmək üçün döymədiyi qapı qalmayıb. Nəinki onun problemini dinləyir, ümumiyyətlə, danışmağına belə imkan vermirlər.

 
Əliyevlər ailəsi məsələ ilə bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmət şöbəsinə, Azərbaycan Respublika Prokrorluğuna da teleqramla müraciət edib.

 
Serhed.az saytı olaraq bu məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq. Ümid edirik ki, vətəndaşı narahat edən bu məsələ Azərbaycan Respublikasının qanunları çərçivəsində həll olunacaq və ədalət öz yerini tutacaq.  

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031