QAT Qarabağ Komitəsi ilə yollarını ayırdı - SƏBƏB

 
9-03-2019, 18:58            42 dəfə baxılıb
 
Serhed.az "Tezadlar.az"-a istinadən xəbər verir ki, QAT-ın mətbuat xidmətindən bildirilib ki, bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin iclası keçirilib. QAT Ali Məclisinin sədri Barat İmani iclası aparıb. İclasda dövlət himni oxunub, şəhidlərin ruhu yad edilib. İclasın gündəliyi təsdiq edildikdən sonra təşkilati məsələlərə baxılıb, tanınmış ictimai xadim Nəriman Qəhrəmanlı QAT Ağsaqqallar Şurasına, Qarabağ döyüşçüləri Rövşən Əliyev, Fazil Şahverdiyev, Hürriyət Məmmədov, Aprel döyüşləri qazisi Cavid Həşimov, gənc fəal Elçin Məmmədov QAT Ali Məclisinə üzv seşiliblər.
Sonra QAT sədri Akif Nağı Ali Məclisin 29 dekabr 2018-ci il iclasından sonrakı dövr ərzində görülən işlər və qərarların icrası ilə bağlı məlumat verib, hazırki vəziyyət, Qarabağ Komitəsinə münasibət və təşkilatın cari vəzifələri ilə bağlı geniş məruzə edib. Məruzə ətrafında Barat İmani, Arzu İsmayılov, Elxan Rəhimov, Səyyarə İsmayılova, Tağı Kazımov, Hacıağa Nuri, Cavid Həşimov, Rövşən Fətiyev, Şaiq Süleymanov, Rövşən Əliyev, Svetlana Şamil, Azər Əliyev, Mürsəl Həsənov, Almaz Allahaverdiyeva, Fazil Şahverdiyev, Şakir Abbas, Fəridə Əsgərova və digərləri çıxış edərək fikirlərini, təkliflərini bildiriblər.
Sonda böyük əksəriyyətin səs çoxluğu ilə qəbul edilmiş qərarda göstərilib:

1. QAT sədrinin ötən hesbat dövrü ilə bağlı məlumatı və məruzəsi nəzərə alınsın.
2. Qarabağ Komitəsində QAT sədrinə qarşı hörmətsizlik edildiyini, Komitənin bəzi üzvləri tərəfindən yol verilən siyasi möhtəkirlik meyllərinin güclənməsi və bəzi digər məsələləri əsas götürərək QAT-ın Qarabağ Komitəsində qalması məqsədəuyğun hesab edilməsin.
3. QAT-ın daha geniş və güclü Qarabağ mərkəzinə çevrilməsi istiqamətində fəaliyyət göstərilsin.
4. QAT-ın diaspor təşkilatları ilə əlaqələri genişləndirilsin.
5. Qarabağ - Dünya Azərbaycanlılarının Milli İdeyasıdır platforması geniş şəkildə təbliğ edilsin.
6. İşğalçı Ermənistana qarşı azadlıq müharibəsi ideyası geniş şəkildə təbliğ edilsin
.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031