KİV nümayəndələri ilə birgə yaz ağacəkmə kampaniyası keçirilib

 
10-03-2019, 15:28            60 dəfə baxılıb
 
Martın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Bu yaz özün bir təbiət yarat!” devizi altında yaz ağac əkini mövsümünə start verib.
Serhed.az xəbər verir ki, yaz ağac əkininin başlanması ilə əlaqədar nazirlik və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə birgə Zığ şosesinin kənarında ağacəkmə aksiyası keçirilib və yeni salınmış yaşıllıq əraziyə “Yaşıl qələm jurnalistlər bağı” adı verilib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə müsahibəsində bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd yaşıllaşdırmanın daha da inkişaf etdirilməsidir. Nazir, həmçinin ağacəkmə aksiyasının təkcə Abşeron yarımadasında yox, ölkənin hər bir bölgəsində olacağını qeyd edib. Feyxoa, yapon əzgili və digər növ ağacların əkildiyi aksiyada ümumilikdə 2 minə yaxın ağacın əkildiyi bildirilib.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031