Nəcməddin Sadıkov Bolqarıstanın baş naziri ilə görüşüb

 
12-03-2019, 19:03            35 dəfə baxılıb
 

Bolqarıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov martın 12-də bu ölkənin Baş naziri Boyko Borisov ilə görüşüb.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan-Bolqarıstan dostluq münasibətlərinin inkişafından razılığın bildirildiyi görüşdə müxtəlif strukturlar, o cümlədən Müdafiə nazirlikləri arasında görüşlərin keçirilməsi yüksək qiymətləndirilib. Bunun ölkələrimiz arasındqa mövcud siyasi, iqtisadi, mədəni əlaqələrin, hərbi sahədə əməkdaşlığın tərəqqisi üçün yeni imkanlar açdığı ifadə edilib.
Tərəflər beynəlxalq terrorizm, ekstremizmin bütün növləri, təcavüzkar separatizm və beynəlxalq təhlükəsizliyə, sabitliyə təhdid təşkil edən faktorları pisləyib, onlara qarşı mübarizədə beynəlxalq səylərin effektivliyinin artırılmasının zəruriliyini də xüsusu vurğulayıblar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031