AMEA-da məşhur sirk ustası Mansur Şirvaninin 100 illik yubileyi qeyd olunub

 
14-03-2019, 12:54            33 dəfə baxılıb
  
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunda martın 14-də Əməkdar artist Mansur Şirvaninin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik seminar keçirilib.
Serhed.az xəbər verir ki, seminarda institutun teatr, kino və televiziya şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov ənənəvi sirk sənətinin tarixindən və məşhur sirk ustalarından danışıb. Qeyd edilib ki, ölkəmizdə ənənəvi sirk sənətinin tarixi çox-çox qədimlərə gedib çıxsa da, peşəkar sirk nisbətən yaxın keçmişdə yaranıb. Peşəkar sirk artistlərimiz qısa dövr ərzində yüksək nailiyyətlər əldə edərək, adlarını dünya sirk sənəti tarixinə yazdıra biliblər. Belə istedadlı sirk artistlərindən biri də manipulyasiya və illüziya ustası, heyvan təlimçisi, Əməkdar artist Mansur Şirvanidir (1919-1980). İxtisasca hüquqşünas olan Mansur Şirvani qəlbinin səsi ilə 1949-cu ildə sirk sənətinə gəlib, Azərbaycan milli sirk kollektivinin aparıcı artistlərindən olub. 1965-ci ildən etibarən əhliləşdirilmiş heyvanlardan ibarət böyük attraksionla çıxış edən Mansur Şirvani Azərbaycan sirk sənətində dressura ənənələrini davam etdirən sənətçi olub. O, dünyanın bir çox ölkələrində milli mədəniyyətimizi təmsil edib.
Sonra məşhur sirk ustası haqqında filmlər nümayiş olunub.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031