Abituriyentlərin nəzərinə!

 
14-03-2019, 17:20            84 dəfə baxılıb
 
Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində, həmçinin Azərbaycan Universiteti, Bakı Biznes Universiteti və Qərbi Kaspi Universitetində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent məsləhət mərkəzləri” yaradılıb.

DİM-dən Serhed.az -a verilən məlumata görə, martın 15-dən fəaliyyətə başlayacaq “Abituriyent məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiqedilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz kömək göstərəcəklər. Abituriyentlər onları maraqlandıran suallarla bağlı “Abituriyent məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. 
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930