“Özbəkistan Hava Yolları”na məxsus yeni təyyarə ilk uçuşunu Bakıya edib

 
14-03-2019, 22:47            104 dəfə baxılıb
 
“Özbəkistan Hava Yolları” şirkətinin yeni əldə etdiyi “Airbus A320neo” markalı sərnişin təyyarəsi ilə ilk uçuş Bakıya olub.
AZƏRTAC şirkətin saytına istinadla xəbər verir ki, martın 14-də yerli vaxtla saat 13.40-da Daşkənd hava limanından qalxan təyyarə bir qədər əvvəl Azərbaycanın paytaxtında yerə enib.
“Özbəkistan Hava Yolları”nın martın 11-də parkına əlavə etdiyi yeni layner müasir dizayna, fərdi ekranlarla təchiz edilmiş geniş və rahat oturacaqlara, daha güclü səsboğucu sistemə malikdir. Onun mühərriki yanacağı daha səmərli işlədir. Birdəfəlik uçuş məsafəsi 6 min kilometr olan “Airbus A320neo” 12 nəfər biznes, 138 nəfər ekonom sinifdən ibarət olmaqla, ümumilikdə, 150 yerlik salona malikdir.
Gələn ay aviaşirkət növbəti “Airbus A320neo” markalı təyyarəni özəlləşdirməyi planlaşdırır.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930