Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırılıb

 
22-03-2019, 20:36            46 dəfə baxılıb
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mart ayı üzrə digər sosial təminat növləri kimi, ünvanlı dövlət sosial yardımlarının da Novruz bayramına qədər ödənişi tam təmin edilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, martın 19-dək bütün sosial yardımlar aztəminatlı ailələrin hesablarına köçürülüb. Bu ailələrdəki 1 yaşadək uşaqlara sosial müavinət təyin olunur ki, mart ayı üzrə həmin müavinətlər də sosial yardımla bərabər ödənilib.
Ünvanlı dövlət sosial yardımı proqramı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən maddi təminat formasıdır. Hazırda 50 mindən artıq ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930