“Bakı Metropoliteni”ndə yoxlama – 200-dək ştat ixtisar edilib

 
1-04-2019, 14:55            144 dəfə baxılıb
 
“Bakı Metropoliteni” QSC-də aparılmış audit nəticəsində 922,5 min manat vergi məbləğinin müvafiq hesabat dövrləri üzrə dəqiqləşmiş vergi bəyannamələrinin təqdim edilməsi ilə dövlət büdcəsinə artıq ödəmələrin hesabına ödənilməsi (əvəzləşdirilməsi) təmin olunub.

ONA-nın məlumatına görə, bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatında əksini tapıb.

Hesabat ilində ümumilikdə təhvil verilməmiş 1 666,0 min manat məbləğində inventar və avadanlıq təhvil verilib, 1 308,6 min manat məbləğində inventar və avadanlıq isə uçota alınıb. Həmçinin yerinə yetirilməmiş 3 818,5 min manat məbləğində işlərin görülməsi və 10,8 min manat dəyərində bina və tikilinin uçota alınması təmin edilib.

Bundan əlavə, aparılmış tədbirlərin nəticəsi kimi 197,5 vahid artıq saxlanılmış ştat vahidi ixtisar olunub.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930