Elm və incəsənət adamlarından Prezidentə MÜRACİƏT

 
2-04-2019, 15:05            180 dəfə baxılıb
 
Əziz mediada çalışan dostlarım. Xahiş edirəm bu müraciətimi dərc edəsiz. Bir ailənin, bir ziyalının həyatını gəlin birgə xilas edək. Ümumiyyətlə facebookda bu müraciət maksimum derecede yayılsa yaxşı olar.
Dostlar, Elşən müəllimin ailəsi çox pis vəziyyətdədir. Onun sizdən başqa heç kimi yoxdur. Sizdən rica edirəm bu işə laqeyid yanaşmayasınız.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya
Cənab Prezident,
Hörmətli Mehriban xanım,
Sizə müraciət edərək ölkəmizin ziyalıları, ictimai fəalları və vətəndaşları olaraq xahiş edirik ki, tanınmış ilahiyyatçı-alimi, elm və ictimaiyyət xadimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elşən Mustafa oğlu Mustafayevi ƏFV edəsiniz.
Elşən Mustafaoğlu dəyərli bir insandır. 16 dekabr 2014-cü il tarixdə keçmiş MTN-ə dəvət olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsilə həbs olunmuşdur. 30 dekabr 2016-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi onu 10 (on) il müddətinə həbs cəzasına məhkum edib. Artıq 5-ci ildir ki, ilahiyyatçı-alim həbsdədir.
Məhkəmə prosesində iştirak edənlər, vəkili və Elşən Mustafaoğlunun dostları olaraq tam əminliklə bildiririk ki, Elşən Mustafayevin əməlində heç bir cinayət yoxdur. İş konkret faktlara yox, müstəntiqin fərziyyələrinə əsaslanıb. Elşən Amerika-Azərbaycan Jurnalistika Akademiyasının direktoru, İctimai Televiziyada veriliş müəllifi və aparıcısı, Norveçdə Universitetdə elmi layihələrin müəllifi olub. Amerikanın Dallas şəhərinin fəxri vətəndaşıdır. Elşən Mustafaoğlunun elmi araşdırmaları dairəsində Quranşünaslıq, tarix, fəlsəfə, hədis elmi, fiqh, müxtəlif dini-ideoloji cərəyanların nəzəriyyələri, dinlərarası münasibətlər, habelə mənəvi kateqoriyalar, ruhi-psixoloji fenomenologiya, intellektin inkşafı və s. kimi sahələr aiddir.
Belə bir insana qarşı keçmiş MTN-də atılan böhtan və şərə biz bu günə qədər inanmırıq. İnanmayacağıq da. Elşən Azərbaycanı sevən, onun qanunlarına riayət edən sədaqətli bir Vətəndaşdır.
Cənab Prezident,
Hörmətli Mehriban xanım,
Elşən Mustafayev əfv ərizəsi ilə Sizə müraciət edərək həbsdən azad olunmasını xahiş edib.
Biz Azərbaycan ziyalıları olaraq onun bu xahişini dəstəkləyib, Sizə müraciət edib Sizdən xahiş edirik, humanist addım ataraq Elşən Musafayevi əfv edib həbsdən azad edəsiniz. Onu ağır durumda olan ailəsinə, 3 azyaşlı balasına qovuşdurasınız. Sizi əmin edirik ki, o, həbsdən azad olunacağı təqdirdə bütün bilik və bacarığı ilə dövlətimizin, cəmiyyətimizin elmi-mənəvi inkişafı sahəsində xidmət göstərəcək və ölkəmizə fayda verəcək.
Sizin humanistliyinizə inanır və ümid bəsləyirik.
Dərin hörmətlə, 
Zaur Aliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Elçin Ağazadə rejissor
və bura imza atan onlarla, yüzlərlə ziyalılar, elm, mədəniyyət və ictimaiyyət xadimləri...шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930