Qazaxıstanda erkən prezident seçkilərinin tarixi açıqlandı

 
9-04-2019, 14:41            49 dəfə baxılıb
 

Qazaxıstan Senatının sədri Dariqa Nazarbayeva prezident seçkisində namizədliyini irəli sürmək fikrində deyil.

Eurasia Diary xəbər verir ki, bunu “Tenqrinyus” agentliyinə açıqlamasında Dariqa Nazarbayevanın köməkçisi Saule Mustafayeva deyib.

Qeyd edək ki, Dariqa Nazarbayeva Nursultan Nazarbayevin istefasından sonra Qazaxıstan Senatına sədr gətirilib. O, bundan öncə Senatın Beynəlxalq Məsələlər, Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri vəzifəsini icra edib. Dariqa Nursultan Nazarbayevin böyük qızıdır.

***

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında fərman imzalayıb.

Eurasia Diary-nin “nur.kz” portalına istinadən verdiyi məlumata görə, fərmana əsasən, seçkilər iyunun 9-da keçiriləcək.

Tokayev Qazaxıstan xalqına müraciətində bildirib ki, seçki tarixini sabiq prezident Nursultan Nazarbayev, parlamentin hər iki palatasının spikerləri və baş nazirlə müvafiq məsləhətləşmələrdən, Konstitusiya Şurası ilə razılaşdırmadan sonra müəyyənləşdirib.

 

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930