Almaniyaya mühacirət edən 10-dan çox azərbaycanlı qaytarılır

 
9-04-2019, 15:18            131 dəfə baxılıb
 

Bu gün Almaniyaya mühacirət edən 10-dan çox azərbaycanlı ailə xüsusi reyslə Azərbaycana göndərilmək üçün Düsseldorf hava limanına aparılıb.
Almaniyada fəaliyyət göstərən “Legat” hüquq firmasının yaydığı məlumata görə, həmin azərbaycanlıların əksəriyyəti 5 fevral 2019-cu ildə Düseldorf hava limanına aparılan, lakin nəzərdə tutulmuş uçuş texniki səbəbdən baş tutmadığına görə yenidən öz yaşayış yerlərinə qaytarılan ailələrdir: “Hava limanına aparılanlar arasında xəstələr, ailə üzvlərindən bəziləri evdə olmayanlar da olub və bu halların heç biri deportasiya üçün gələn səlahiyyətli orqanları qərarı icra etməkdən çəkindirməyib.
Deportasiyası nəzərdə tutulanlar Almaniyada müvəqqəti yaşamaq üçün müraciət edən və müraciəti rədd olunan, barələrində olan məhkəmə araşdırmaları isə başa çatan şəxslərdir. Onlardan 12 nəfəri readmissiya sazişinin tələblərinə uyğun qaytarılan şəxslərdir. Soydaşlarımız və onların ailə üzvləri polis tərəfindən etik davranış qaydalarına əməl olunduğunu və onlara münasibətdə zorakılıq hallarının tətbiq olunmadığını bildirdilər”.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930