Novruz Məmmədovun kartof ixracına qoyduğu rüsum ləğv olunub

 
9-04-2019, 17:08            43 dəfə baxılıb
 

Azərbaycandan xaricə kartof ixracına tətbiq olunan rüsum aradan qaldırılıb.
Serhed.az xəbər verir ki, bu barədə Musavat.com-a Cəlilabad və Şəmkirdə kartof istehsalı ilə məşğul olan sahibkarlar məlumat veriblər.
Onların dediyinə görə, hökumət nümayəndələri sahibkarlara bildiriblər ki, bu gündən etibarən məhsullarını heç bir əlavə rüsum ödəmədən ixrac edə bilərlər.
Verilən məlumata görə, artıq gömrük ərazilərində olan kartof dolu TIR-ların buraxılmasına başlanılıb. Eyni zamanda hər iki rayonda fermerlər ixrac üçün məhsul toplanmasını bərpa ediblər.
Xatırladaq ki, Nazirlər Kabineti aprelin 5-dən etibarən kartofun hər kiloqramı üçün 1 dollar həcmində ixrac rüsumu təyin etmişdi. Bu qərar faraş kartof yetişdirən fermerlərin kəskin etirazlarına səbəb olub. Cəlilabad və Şəmkirdə istehsalçılar etirazlarını kütləvi şəkildə icra strukturlarına çatdırıblar.
Qeyd edək ki, Azərbaycanda hər il istehsal olunan 950 min - 1 milyon ton arası kartofun yarısı məhz faraş məhsulun payına düşür. Bu məhsulun böyük hissəsi isə məhz aprel ayı ərzində xaricə ixrac olunur. Belə bir dövrdə əlavə ixrac rüsumunun tətbiqi istehsalçıları böyük zərərlə üzləşdirə bilərdi.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930