Dollarla kredit götürən şəxslərə vacib xəbər: Mexanizmdə dəyişiklik edilə bilər

 
9-04-2019, 21:43            138 dəfə baxılıb
 

Dollarla götürülmüş kreditlər üzrə kompensasiyanın verilməsi mexanizmində dəyişiklik edilə bilər. Xüsusilə zaminlərə kompensasiyanın verilməsi qaydalarına yenidən baxıla bilər. Hazırki qaydalara əsasən kompensasiya kredit rəsmiləşdirilən şəxsin hesabına köçürülür. Reallıqda borcu ödəyən zaminin həmin vəsaiti geri alması isə olduqca çətindir. Bu çətinliyi aradan qaldırmaq üçün təkliflər hazırlanıb.

Qaynarinfo Xəzər Tv-yə istinadən xəbər verir ki, hazırki qaydalara hansısa vətəndaş kredit götürüb onu ödəyə bilmirsə, yaranan borcu zamin qayatarmalı olur. hazırkı qaydalara görə kompensasiyanın borcu realliqda qaytaranın deyil, krediti götürən şəxsin hesabına köçürülməsi nəzərdə tutulur.

Mövcud ödəniş mexanizminə əsasən zaminin həmin vəsaiti almasinda çətinlik yarana bilər.Belə ki, həmin vəsaitin zaminə ödənilməsi üçün borcun onun tərəfindən ödənildiyini təsdiq edən məhkəmə qərarina ehtiyac var.

İqtisadçı ekspert Vüqar Bayramovun hazırladığı təkliflərə əsasən kredit borcunu ödəmiş zaminlərə məhkəməyə müraciət etmək üçün zaman müəyyənləşdirilməlidir.

Təkliflər artıq aidiyyatı qurumlara göndərilib və müzakirə mərhələsindədir.

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930