Hesabalama Palatası ən çox nöqsanı 3 nazirlikdə AŞKARLADI

 
9-04-2019, 22:31            112 dəfə baxılıb
 

“Hesablama Palatasının hesabatın ümumiləşdirəndə, ən çox nöqsan Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vergilər Nazirliyi ilə əlaqədardır”.
Bunu Milli Məclisin iclasında Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə hesabatın müzakirəsində deputat Vahid Əhmədov deyib.
O bildirib ki, bu nazirliklər nəticə çıxararaq nöqsanları aradan qaldırmalıdır: “Mən xahiş edərdim ki, Hesablama Palatası hər il parlamentdə hesabat verərkən Dövlət Neft Fondunun gəlir və xərcləri ilə əlaqədar da geniş hesabat versin. Çünki dövri mətbuatda Neft Fondunun yerləşdirdiyi məbləğlərin çox aşağı gəlir gətirməsinə dairciddi iradlara rast gəlinir”.
V. Əhmədov tenderlər sahəsində də problemlərin həllini tapmalı olduğu vurğulayıb: “Digər tərəfdən, bu ilin dövlət büdcəsində tikinti sahəsinə 7 milyard manata yaxın vəsait ayrılıb. Hesablama Palatasından xahiş edərdim ki, 2019-cu ildə tikinti sahəsinə ayrılmış 7 milyard manat vəsaitin xərclənməsini nəzarətə götürsün”. (modern.az)шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930