Yataqxanadakı yanğında bir nəfər zəhərlənib

 
10-04-2019, 13:34            40 dəfə baxılıb
 
Bakının Nizami rayonunda yerləşən yataqxanada baş vermiş yanğın nəticəsində 1 nəfər 34 yaşlı kişi Kliniki Tibbi Mərkəzinin Toksikologiya Şöbəsinə yerləşdirilib.

Səhiyyə Nazirliyindən Moderator.az -a verilən məlumata görə, əlavə bir kişiyə isə yerində yardım göstərilib. 

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Nizami rayonu, Babək prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub. Hadisə yerində 7 nəfərə tibbi yardım göstərilib. Yanğın zamanı 45 yaşlı kişi qorxudan özünü 5-ci mərtəbədən atıb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yataqxanaya baş çəkərək sakinlərlə görüşüb. 

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930