Direktor və müavinlərin vəzifə maaşlarında dəyişiklik edildi

 
11-04-2019, 10:25            47 dəfə baxılıb
 
Baş nazir Novruz Məmmədov “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli Qərarında dəyişiklik edib.
Serhed.az xəbər verir ki, qərarda bildirilir ki, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarına 1 nömrəli əlavə - “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nin 18-ci dərəcəsinə uyğun olaraq, direktor müavinlərinin aylıq vəzifə maaşı isə direktorun vəzifə maaşından 10 faiz aşağı müəyyən edilsin.  
Qeyd edək ki, bu Qərar 2019-cu il martın 1-dən tətbiq edilir.



шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930