Voleybolçumuz dünya rekordu vurub

 
14-04-2019, 19:32            105 dəfə baxılıb
 ONA-nın məlumatına gərə, “Toray”da klubunda legioner həyatı yaşayan təmsilçimiz Yaponiya V-Liqasında fərqlənib.
O, “Hisamitsu” ilə final mərhələsinin ikinci qarşılaşmasında 60 xal yığıb. Bununla da millimizin üzvü voleybol tarixinə bir matçda ən çox xal toplayan oyunçu kimi düşüb.
Y.Kulanın komandası son çempiona uduzsa da, voleybolçumuz tarixə düşüb. Təmsilçimiz kişi voleybolçuların rekordçusu, bir oyunda 59 xal toplayan Leonardo Leyvanı da arxada qoyub. Yanaya qədər qadınlar arasında rekord yığmamızın lideri Polina Rəhimovaya məxsus idi – 58 xal.
Qeyd edək ki, “Toray” finalda “Hisamitsu”ya “Qızıl set”də uduzub. Y.Kulanın komandası ilk matçdakı 0:3 hesablı məğlubiyyətin revanşını alsa da, “lotereya”da uduzub. 32 yaşlı hücumçumuz da rekordu məhz 3:2 (29:31, 25:19, 25:23, 23:25, 15:13, qızıl set 18:25) hesablı qələbə qazandıqları matçda vurub. Yekunda voleybolçumuz V-Liqasının gümüş medalına da yiyələnib.
O, eyni zamanda Yaponiya çempionatını ən məhsuldar oyunçusu və ən yaxşı top qəbuledicisi də seçilib.

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930