Marneulidə Nəriman Nərimanovun xatirəsi anılıb

 
14-04-2019, 23:48            96 dəfə baxılıb
 

Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda Azərbaycan xalqının dahi şəxsiyyətlərindən biri, görkəmli ictimai və dövlət xadimi, yazıçı-dramaturq, həkim Nəriman Nərimanovun 149 illiyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin və Tbilisidəki N. Nərimanovun Xatirə Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Mərasim iştirakçıları əvvəlcə N.Nərimanovun Marneulidəki abidəsi önünə əklil və gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra ziyalılar, ictimaiyyət nümayəndələri və məktəblilər böyük ədibin həyat və fəaliyyətindən bəhs edən foto və əsərlərin sərgisinə baxıblar.
Tədbirdə inteqrasiya mərkəzinin icraçı direktoru Aygül İsayeva, mərkəzin idarə heyətinin sədri Murad Muradov, parlament deputatı Ruslan Hacıyev, N.Nərimanov adına Xatirə Muzeyinin rəhbəri Rəna Dəlivəlova, “Qarapapaqlar” jurnalının redaktoru Akif Xansultanlı və başqaları Nəriman Nərimanovun həyat və yaradıcılığından, Gürcüstandakı fəaliyyətindən geniş söhbət açıblar.
Tədbirdə N.Nərimanov irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyi xüsusi vurğulanıb.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930