Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü başa çatıb - VİDEO

 
15-04-2019, 14:32            40 dəfə baxılıb
 
Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü başa çatıb.
***
Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.
"Report"un Rusiya bürosunun məlumatına görə, görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi, Rusiyanın XİN başçısı Sergey Lavrov da iştirak edir.
***
S.Lavrov azərbaycanlı və erməni həmkarlarını qarşılayıb. XİN başçıları salamlaşıblar. Sonra hər üç ölkənin nazirləri birgə foto çəkdiriblər.
Daha sonra isə E.Məmmədyarov, S.Lavrov və Z.Mnatsakanyan arasında görüş başlayıb. Mətbuata qapalı keçirilən toplantıda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunur.
Görüşün sonunda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanat yayacağı gözlənilir.

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930