Kürdəmir şəhər məktəbindən Təhsil Nazirliyinin xəbəri varmı? - FOTOLOR

 
16-04-2019, 17:58            654 dəfə baxılıb
 
Ötən həftə Kürdəmir rayonuna dəvət olunmuşduq. Məqsəd 5 aprel 1993-cü ildə Kəlbəcər döyüşlərində qəhrəmancasına həlak olmuş hərbiçimiz Quliyev Rüstəm Ramiz oğlunun anım gününü qeyd etmək idi. Şəhidin  adını daşıdığı və təhsil aldığı  5 saylı Kürdəmir şəhər tam orta beynəlmiləl məktəbində Qarabağ qaziləri-döyüşçüləri ilə birgə anım tədbirini  keçirmək qərara alınmışdı. Təbii ki, məktəb rəhbərliyi bu mötəbər tədbirdən hali idi. Amma məktəbdə olduğumuza peşman olduq. Yaxşı ki, məktəb foyesinə daxil olan zaman qapının üstündə  şəhid Rüstəm Quliyevin adına yazılmış lövhəni gördük. Divarlarda hərbi vətənpərvərliyə aid bir ədəd də olsun stendə rast gəlmədik, əlavə olaraq şəhidin haqqında  bir məlumat, Qarabağ döyüşçüləri barədə bir yazı belə  gözümüzə dəymədi. Məktəbin direktoru Sadəddin Novruzovu soruşduq, gördüm deyən olmadı. Kürdəmir şəhərinin mərkəzində yerləşən bu beynəlmiləl tam orta  məktəb mənə ölkəmizin ən ucqarında yiyəsiz qalan “məktəbi” xatırlatdı. Bir təcrübəli pedaqoq –jurnalist kimi məktəb direktorunun yerində olmadığının şahidi oldum. Araşdırma zamanı o da bizə aydın oldu ki, direktor Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Tacəddin Novruzovun qardaşıdır. Görünən dağa nə bələdçi? 700 şagirdi olan şəhər beynəlmiləl məktəbindən bir neçə foto – şəkil çəkməyi lazım bildik. Qərara aldıq ki, sözlə deyə bilməsək də  ağrımızı - gözlə gördüyümüzü   Təhsil nazirinə  çatdıraq. Cənab nazirə isə bir sualla müraciət edək: Kürdəmirdə rayon İcra Hakimiyyəti  Başçısının birinci müavinin qardaşından başqa rayonda kadr yoxdurmu  və  məktəb niyə bu gündədir?







 шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031