Sərhədçilər atəş açdı - Narkotacirlər qaçdı

 
17-04-2019, 16:10            107 dəfə baxılıb
 Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik va­­­­si­­­tə­­­lərin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.
DSX-dən FaktXəbər-ə verilən məlumata görə, aprelin 11-də Sərhəd Qo­şun­la­rı­nın “Lənkəran” sərhəd dəs­təsinin xidməti ərazisində Astara rayonu­nun Sım kəndi yaxınlığındakı sərhəd zastava­sının xidməti sahə­sin­də İran İslam Respublikasından Azərbaycan Respublikasına doğ­­ru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd nar­ya­dı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “da­yan” əmrinə tabe olmayan sərhəd pozucularına qar­şı silahdan ha­va­ya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar.
Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­ib, 1 ədəd bel çantası və 1 ədəd torbada ümumi çəkisi 15 kq 815 qr olan narkotik vasitə və 1 ədəd Kanada istehsalı olan gecəgörmə ci­hazı aşkar olunaraq götürül­üb.
Qeyd olunan fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.



шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031