Tələbələr irsi qan xəstəliklərinin meydana çıxmasında qohum nikahların rolu mövzusunda maarifləndiriliblər

 
17-04-2019, 18:25            95 dəfə baxılıb
 
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmə tədbirlərini davam etdirir.
İSİM-in dəstəyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə təşkil olunan növbəti tədbir aprelin 17-də 17 nömrəli Bakı Peşə Liseyində keçirilib.
Bu barədə AZƏRTAC-a İSİM-in mətbuat xidmətindən bildirilib.
Liseyin təlim tərbiyə işləri üzrə direktor müavini Əliyar Musayev təhsil müəssisələrində sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici tədbirlərin təşkil olunmasının gələcək nəslin sağlam və məlumatlı böyüməsinə zəmin yaratdığını bildirib.
Liseyın psixoloqu Naidə Hacıyeva gənc¬lərin formalaşmasının həm bioloji, həm psixoloji, həm də sosial amillərdən asılı olduğunu və maarifləndirici tədbirlərin onların psixologiyasına müsbət təsir göstərdiyini vurğulayıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova gender bərabərliyinin təmin edilməsi, narkomaniya, məişət zorakılığı, erkən nikahlar, qeyri-infeksion xəstəliklər və digər sahələr üzrə İSİM-lə birgə ölkə ərazisində keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.
İSİM-in səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Lətafət Dadaşova tələbələr qarşısında “Talassemiya xəstəliyi. İrsi qan xəstəliklərinin meydana çıxmasında qohum nikahların rolu” mövzusunda geniş təqdimatla çıxış edərək, gəncləri diqqətli və ehtiyatlı olmağa çağırıb: “Yaxın qohumların oxşar genləri çox olduğu üçün iki xəstə patoloji gen daşıyıcıları evlənərsə, uşağın xəstə doğulma riski artır. Qohum evliliklərinin törətdiyi ən ağır irsi xəstəliklərdən biri isə talassemiyadır. Talassemiya nəsildən-nəslə keçən çox ağır irsi qan xəstəliyidir. Ona görə də belə nikahlara yol verməmək tövsiyə olunur”.
Tədbirin sonunda iştirakçılarla mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb və onlara İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb.


шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031