AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda müdafiə şurasının tərkibi təsdiqlənib

 
18-04-2019, 14:37            75 dəfə baxılıb
 
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib.
İnstitutdan Serhed.az-a bildirilib ki, müəssisənin direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov iclası açaraq, Azərbaycan elminin inkişafında əvəzsiz xidməti olan alimlərin adına xatirə nişanlarının təsis edildiyini şura üzvlərinin diqqətinə çatdırıb.
İclasda Riyaziyyat və Mexanika İnstitutunun II kurs magistrantlarının dissertasiya müdafiəsinin təşkili məsələsinə baxılıb. Riyazi analiz, diferensial tənliklər, optimallaşdırma və optimal idarəetmə, riyazi fizika ixtisasları üzrə ixtisaslaşdırılmış müdafiə şurasının tərkibi təsdiq edilib. Sonra institutun doktorant və dissertantlarının attestasiyası keçirilib. Attestasiyada doktorantura yolu ilə fəlsəfə doktorluğu hazırlığı üzrə müvafiq ixtisaslar üzrə 7 (əyani), dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 13, dissertantura yolu ilə elmlər doktoru hazırlığı üzrə 9 nəfər iştirak edib.
Sonda M.Mərdanov doktorant və dissertantların elmi fəaliyyətinin gücləndirilməsi ilə bağlı tövsiyələrini verib.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031