İşdən çıxarılan direktor və digərlərinin adı Təhsil Nazirliyinin saytından niyə çıxarılmır?-FOTO

 
18-04-2019, 16:55            73 dəfə baxılıb
 
Artıq bir neçə gündür ki, ölkə mətbuatın gündəmini 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü hadisəsi zəbt edib.

Hadisə baş verdikdən sonra təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırıldı. Həmçinin Tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Lalə Məhərrəmova, məktəbin psixoloqu Könül Ağayeva işdən çıxarılıb.

Məlum hadisə ilə bağlı məktəbin keçmiş direktoru Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Femida.az xəbər verir ki, hər 3 şəxs haqqında rəsmi qərar olsa da, Təhsil Nazirliyinin rəsmi internet saytında qeyd olunan şəxslər tutduqları vəzifənin sahibi kimi qeyd olunub. Həmin fotofaktı təqdim edirik:

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031