Respublika Gənclər Kitabxanasında “Tarixi abidələrimizi qoruyaq” adlı dəyirmi masa təşkil edilib

 
18-04-2019, 17:38            42 dəfə baxılıb
 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə dəyirmi masa keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açaraq əsas məqsədin insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdən ibarət olan bu əlamətdar günün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunduğunu diqqətə çatdırıb. Respublikamızın müxtəlif bölgələrində əsrlərlə mühafizə olunub, bu günümüzün qiymətli incilərindən sayılan tarixi abidələr haqqında məlumat verib.
Şöbə müdiri Qənirə Mustafayeva “Tarixi abidələr bizim milli sərvətimizdir” adlı məruzə ilə çıxış edib.
Sonda “Tarixi abidələr, milli mədəniyyət” adlı kitab sərgisinə baxış keçirilib.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031