Masallıda erkən nikahların qarşısının alınması yolları müzakirə olunub

 
20-04-2019, 20:24            63 dəfə baxılıb
 

Masallı rayonunun Boradigah qəsəbəsində keçirilən maarifləndirici tədbirdə "Erkən nikahların qarşısı alınmalıdır" mövzusunda müzakirələr aparılıb.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, bələdiyyə sədrləri, ərazi icra nümayəndələri, qəsəbə sakinləri, müəllimlər, məktəblilər, valideynlər və KİV nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova tədbirdə çıxış edərək ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin təbliği, erkən nikahların qarşısının alınması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini deyib. O, Masallı rayonunda erkən nikahların qarşısının alındığını bildirib.
Aybəniz Qafarova, həmçinin gənclərin zərərli vərdişlərdən qorunmalarının vacibliyindən danışaraq, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilmələrinin, elmə, təhsilə yiyələnmələrinin əhəmiyyətini vurğulayıb.
Digər çıxış edənlər erkən nikah hallarının qızların təhsildən yayınması, reproduktiv sağlamlığın pozulması və ailədə qeyri-sağlam psixoloji vəziyyətin yaranması kimi mənfi nəticələri barədə danışaraq, bu bəla ilə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini qeyd ediblər.
Çıxışlarda, həmçinin gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən danışılıb.
Açıq müzakirələr şəklində davam edən tədbirdə iştirakçıların müzakirə edilən məsələ ilə bağlı təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031