Rusiyanın ən böyük yəhudi dini akademiyası yandırıldı-FOTOLAR

 
21-04-2019, 10:17            82 dəfə baxılıb
 
Moskvada hüquq-mühafizə orqanları Rusiya Federasiyasının ən böyük yəhudi təhsil müəssisəsi olan  "Torat Haim" akadimiyasında baş vermiş yanğının səbəblərini araşdırır. 

Moderator.az xəbər verir ki, Rusiya mediasının verdiyi məlumata görə,  yerli yəhudi icması "Pesax" ərəfəsində baş verən yanğının kriminal xarakter daşıdığını hesab edir.  
Hadisə binada çox sayda qonağın qatıldığı bayram ziyafəti ("seder") təşkil edildiyi zaman meydana gəlib. 

“RIA Novosti”-yə verdiyi müsahibədə məktəbin ravvini Moyşe Lebel  bədxahların hədəfinin “koşer”(yəhudilərdə halal qayda ilə kəsilən ət-S.L.)  ətinin saxlandığı bina olub.

Qeyd edək ki, "Pesax" (Bahar bayramı) - yəhudilərin Misirdən çıxmasına həsr edilən baş yəhudi bayramıdır.

P.S.  Moskvadakı yəhudi  təhsil ocağı  son günlər yandırılmış artıq 4-cü dini məkandır... Fransadakı Notr-Dam xristian kilsəsi ilə eyni gündə Qüdsdəki “Əl-Əqsa” məscidində və Ukraynanın Xarkov şəhərindəki Moskva patriarxlığına məxsus rus pravoslav kilsəsində də yanğın baş verib. Moskvadakı məktəb isə yəhudi dini ilə bağlıdır.   Deməli,  hər üç səmavi dinə aid  məkanlar yandırılıb. Allahla-Yaradanla bağlı  səmavi dinləri  məhv etməyi hədəfə alan  masonlar və onlarla əlbir olan satanistlərdir...
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031