Zelenski 72% səslə prezident seçilir – Poroşenkoya cinayət işi açıla bilər

 
21-04-2019, 20:18            74 dəfə baxılıb
 
Ukraynada prezident seçkilərinin ikinci turu keçirilir.
BakuPost xəbər verir ki, ekzit-polların ilkin nəticələrinə əsasən, namizəd Vladimir Zelenski seçicilərin səslərinin 71,8%-ni toplayıb.
“New Image Marketing Group” şirkətinin apardığı araşdırmaya görə, bu nəticələr Bakı vaxtı ilə saat 15:00 üçün əldə olunub. Səsvermə saat 21:00-da başa çatacaq.
Hazırkı prezident Pyotr Poroşenko hələlik səslərin yalnız 28,2%-ni toplaya bilib.
Yerli mənbələrin verdiyi məlumatlara əsasən, Pyotr Poroşenko seçkiləri uduzacağı təqdirdə məhkəmə qarşısında cavab vermək təhlükəsi ilə üzləşəcək. Belə ki, prezident toxunulmazlığı aradan qaldırılarsa, Ukraynanın hazırkı dövlət başçısı barəsində iqtisadi cinayətlər törətdiyinə görə bir neçə cinayət işi başlana bilər.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031