Dövlət qulluğuna verilən imtahanın nəticələri açıqlandı

 
21-04-2019, 21:11            52 dəfə baxılıb
 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 21-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

DİM-dən Serhed.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1754 namizəddən 14 -ü imtahana gəlməyib. Bir nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub.

İmtahan nəticələri saat 17:31-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

REKL
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031