Sahil Babayev:"İcra başçıları vətəndaşların adına olan maaş kartlarını özlərində saxlayır"

 
21-04-2019, 21:26            57 dəfə baxılıb
 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevə şikayət edib. Bu barədə Demokrat.az-a mötəbər mənbədən məlumat daxil olub. 

Məlumatda bildirilir ki, nazir Sahil Babayev rəhbərlik etdiyi sahədə mövcud olan nöqsanların aradan qaldırılması üçün Prezidentin köməkçisi Zeynal Nağdəliyevdən dəstək istəyib. 

Nazir bu sahədəki nöqsanların aradan qaldırılmasına icra başçılarının əngəllər yaratdığını söyləyərək, Prezidentin köməkçisinə şikayət edib. 

Sahil Babayev şikayətində qeyd edib ki, bir sıra İcra Hakimiyyəti rəsmiləri ayrı-ayrı vətəndaşları işə götürmək adı ilə məşğulluğa cəlb edərək, onların adına olan maaş kartlarını özlərində saxlayır. 

Daha sonra isə həmin vəsaitləri mənimsəyirlər. Nəticədə sözügedən vətəndaşlar sənəd üzərində işlə təmin edilmiş kimi göstərilsə də, ancaq faktiki olaraq işsiz qalırlar. 

Həmçinin, nazir bir sıra İcra Hakimiyyəti başçılarının yerlərdə sosial müdafiə sahəsinə yersiz müdaxilələr etmələrindən də şikayətlənib. 

Prezidentin köməkçisi Zeynal Nağdəliyev isə sadalanan problemlərin həllində üzərinə düşən köməkliyi göstərəcəyini bildirib. 

Miq.Az

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031