Respublikamızda ilk dəfə Qazaxda inşa olunan elektrod zavodu istehsala hazırdır

 
22-04-2019, 08:07            58 dəfə baxılıb
 

Respublikamızın iqtisadi inkişafının təmin edilməsi, bölgələrin sənaye potensialının yüksəldilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən verilən çoxsaylı tapşırıq və tövsiyələr, həmçinin qəbul edilmiş müvafiq dövlət proqramlarına uyğun olaraq yaradılan yeni istehsal müəssisələrindən biri də Qazax rayonunda "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən “Gedik-Carçı” Elektrod Zavodudur.

Qazax Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda ilk dəfə olaraq Xanlıqlar kəndi ərazisində inşa olunan bu yeni elektrod zavodu ölkə sənayesinin inkişafı ilə yanaşı, həm də rayonda yeni iş yerlərinin yaradılması baxımından da böyük əhəmiyyət kəsb edir.

Bildirilib ki, 1,5 hektar sahəni əhatə edən zavodda əsas işlər başa çatıb. Məhsul istehsal ediləcək 2400 kvadratmetrlik örtülü sahə istehsala tam hazırdır. Bundan başqa, ofis binası da lazım olan avadanlıqlarla təmin edilib. Zavodun həyətində abadlıq işləri aparılıb. Tikinti işləri ilə yanaşı, ərazinin ətrafı tamamilə yaşıllaşdırılıb, müxtəlif növ ağaclar və gül kolları əkilib.

Qeyd olunub ki, Türkiyədən olan yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə zavodda lazım olan əsas avadanlıqlar quraşdırılıb və artıq elektrod istehsal olunur. Zavodda olan bütün avadanlıqlar müasir standartlara cavab verən səviyyədədir. İstehsal olunan məhsulun keyfiyyətinə də xüsusi diqqət ayrılır. İlk dəfə olaraq Qazaxda tikilən bu zavod nəinki daxili bazara, eləcə də xarici bazara öz məhsullarını ixrac etməyi planlaşdırır.


шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031