Azərbaycanda qarlı hava davam edəcək

 
22-04-2019, 09:20            99 dəfə baxılıb
 

Aprelin 22-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Serhed.az-a verilən məlumata görə, bu gün  havanın Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində  bəzi yerlərdə yağış yağacağı gözlənilir.
O cümlədən, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 4-6° isti, gündüz 7-11° isti, Bakıda gecə 4-6° isti, gündüz  8-10°  isti təşkil edəcək.
Atmosfer  təzyiqi normadan yüksək 763  mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% olacaq.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti təşkil edəcək.шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031