Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin nəzərinə

 
22-04-2019, 13:45            68 dəfə baxılıb
 
Aprelin 22-də respublikanın ümumtəhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu mərhələdə 2017-2018-ci və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul olunmuş müəllimlər iştirak edirlər.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən aprelin 22-dən 24-dək keçirilməsi nəzərdə tutulan müsahibələrdə 1200-dən çox müəllimin iştirakı gözlənilir.
Müsahibənin proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/saytında yerləşdirilib.
шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031