“Ağıllı sərhəd” layihəsinin tətbiqinə başlanılacağı tarix açıqlanıb

 
22-04-2019, 16:21            79 dəfə baxılıb
 

“Azərbaycanda “Ağıllı sərhəd” layihəsinin tətbiqinə iyunun 1-dən başlanılması gözlənilir”.
Bunu “Report”a Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev məlumat verib.
Onun sözlərinə görə, sözügedən layihə böyükdür və bir neçə komponentləri var: “Məqsəd – sərnişinlərin sürətli keçidini təmin etməkdir”.
İ.Babayev vurğulayıb ki, bu, elektron növbə sistemi əsasında həyata keçiriləcək: “Belə ki, hava limanında tətbiq edilən keçidlərin hamısı quru sərhəddə də olacaq”.
O, “Ağıllı sərhəd” layihəsinin həm ödənişli, həm də ödənişsiz ola biləcəyini qeyd edib: “Bu işlər üçün quru sərhədlərimizdə bütün infrastruktur yaradılıb. Hazırda sözügedən infrastrukturun təkmilləşdirilməsi işləri gedir. Sərhəddə hazırda avtomobil 4-5 dəqiqəyə keçilirdisə, elektron sistemdə dayanmadan keçid təmin ediləcək. Əvvəlcədən həm mobil telefon, həm də kompüter vasitəsilə bizim saytımızın üzərindən nömrə götürələcək”.

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031