İran nefti bütün dünyada qadağan olunacaq

 
22-04-2019, 18:05            73 dəfə baxılıb
 
ABŞ Dövlət Departamenti İran neftinin idxalçılarından olan bir sıra dövlətlərin müvəqqəti olaraq sanksiyalardan azad edilməsi ilə bağlı qərarı mayın 2-dən etibarən qüvvədən salmağa hazırlaşır.

Bu barədə “Washington Post” və “Wall Street Journal” Dövlət Departamentinin rəsmilərinə istinadən məlumat verir.

ABŞ ötən ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edən zaman səkkiz ölkəyə yarım il ərzində (2 may 2019-ci ildə) İran neftini almağa icazə vermişdi. Vaşinqton buna görə həmin ölkələrə idxal həcmini tədricən azaltmağı şərt qoymuşdu.

Bu ölkələr arasında Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya və Tayvan yer alır. Onlardan üçü (Yunanıstan, İtaliya və Tayvan) artıq İrandan neft idxalı həcmini tamamilə dayandırıb.

 Cənubi Koreya və Yaponiya isə əvvəlki illərlə müqayisədə, İran neftindən asılılığı xeyi azaldıb.

шаблоны для dle 11.2





 
 


Reklam
 
Xəbər lenti

 
Təqvim
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031